ABŞ Dövlət katibi Marko Rubio və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərindəki müsbət dəyişiklikləri yüksək qiymətləndiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.
Tərəflər həmçinin Cənubi Qafqaz regionunda sülhün və rifahın daha da irəlilədilməsi üçün etimadı möhkəmləndirən digər tədbirlərə də toxunublar.
Rubio Azərbaycanın Ermənistana yanacaq tədarükünü yüksək qiymətləndirərək bunu iki ölkə arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən sammitdə əldə olunmuş tarixi sülh sazişinə Azərbaycanın dəyişməz sadiqliyini nümayiş etdirən mühüm jest adlandırıb.