21 yanvar 2026 12:15
151

“SOCAR Türkiyə” ilə TAV Hava Limanları arasında strateji əməkdaşlıq genişləndirilir

“SOCAR Türkiyə” ilə TAV Hava Limanları arasında həyata keçirilən strateji əməkdaşlıq təbii qaz təchizatı sektorunu da əhatə edəcək şəkildə genişləndirilib.

“SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Vahidinin rəhbəri Fuad İbrahimov və TAV Hava Limanlarının məsul şəxsi Mete Ernanın imzaladığı sazişlə tərəflər arasında əməkdaşlıq daha yüksək mərhələyə yüksəlib.

Elektrik enerjisi təchizatı ilə başlanan bu proses “Gas-to-Power” yanaşması çərçivəsində inteqrə olunmuş enerji idarəetmə modelinə keçirilib. Qaz və elektrik enerjisinin birgə optimallaşdırıldığı bu struktur əməliyyatların fasiləsizliyini, enerji səmərəliliyini və resurslardan effektiv istifadənin təmin edilməsini hədəfləyən kompleks həll təklif edir.

“SOCAR Türkiyə” inteqrə olunmuş enerji həlləri vasitəsilə müxtəlif sektorlar üzrə əlavə dəyər yaradır.

Orxan Vahidoğlu, “İki sahil”