Xalq artisti Arif Babayev üçün büst hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – deyə o bildirib.
Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.
Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.
Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb
Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub