21 yanvar 2026 16:26
107

"SOCAR Karbamid" zavodunun hədəfləri açıqlanıb

"SOCAR Karbamid" zavodunun ilk hədəfi daxili tələbatı ödəməkdir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, karbamidin dünya bazarında qızıl, neft kimi qiymətləri var: "Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn, Misirdə, Səudiyyə Ərəbistanı, Türkiyə və ya Avropa ölkələrində onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərək digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən, sırf bu keyfiyyətinə görə onu 10-20 ABŞ dolları daha baha satdığımız vaxtlar olur".

O bildirib ki, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir: "Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90 %-lik yerdə qalan hissəni ixrac edirik. Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də mal verə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını sata bilirik. Yəni bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur. Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını sata bilirik".