Rusiya müharibənin 1428-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 110 524 PUA-sı, 646 zenit-raket kompleksi, 27 248 tank və digər zirehli texnikası, 1 648 reaktiv yaylım atəş sistemi, 32 731 artilleriya və minaatanı, 52 462 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.