24 yanvar 2026 10:10
98

Beynəlxalq Hava Limanının girişinə avtomobil çırpılıb - ABŞ-da

ABŞ-da avtomobil Ueyn Kaunti adına Detroyt Beynəlxalq Hava Limanının girişinə çırpılıb, 6 nəfər xəsarət alıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının nümayəndələri bildirib.

Hadisə cümə günü axşam baş verib. Məlumata görə, sürücü saxlanılıb. Qəzanın səbəbi hələlik məlum deyil, polis araşdırma aparır.