24 yanvar 2026 14:21
103

ABŞ İtaliyanı Qəzza təhlükəsizlik qüvvələrinə təsisçi üzv kimi qoşulmağa dəvət edib

ABŞ İtaliyanı Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin təsisçilərindən biri olmağa dəvət edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg News" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ İtaliyadan Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə təsisçilərdən biri kimi qoşulmağı xahiş edib. Bu həftə diplomatlar təklifi Baş nazir Corcia Meloninin ofisinı və İtaliyanın Xarici İşlər Nazirliyinə göndəriblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, təklif çərçivəsində İtaliya beynəlxalq qüvvələrə qoşun verməyəcək, lakin Qəzza polisinin təlimini öz üzərinə götürəcək. İtaliyanın əsas töhfəsi isə ərəb dövlətlərində, İsrail və Fələstində siyasi təsirlə bağlı olacaq.

Mənbələr qeyd edib ki, indi təşəbbüsə qoşulmaq barədə qərar Melonidən asılıdır, lakin onun ofisi şərh verməkdən imtina edib.