24 yanvar 2026 22:48
97

Ryabkov: Rusiya Ukrayna danışıqlarında Ankoricin fundamental anlaşmalarını müdafiə edir

Ukrayna ilə bağlı danışıqlarda Rusiya tərəfi Ankoric sammitindən sonra ABŞ ilə əldə edilən fundamental anlaşmaları müdafiə edir.

“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.

"Son günlərdə müxtəlif formatlarda demək olar ki, fasiləsiz davam edən təmaslar zamanı Rusiya və ABŞ prezidentlərinin Ankoricdə keçirilən görüşü zamanı əldə etdikləri fundamental anlaşmalara tam uyğun bir həll planının hazırlanması üçün bütün səylərimizi göstəririk", - deyə nazir müavini qeyd edib.

Eyni zamanda, Ryabkov baş verənlərin təfərrüatlarını araşdırmağın əks nəticə verəcəyini və onun tərəfindən tamamilə məsuliyyətsiz olacağını vurğulayıb.