25 yanvar 2026 11:30
99

Bu ölkə üç hava limanını bağladı

Kazan və Nijnekamsk hava limanlarında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.

“Kazan və Nijnekamsk (Begişevo) hava limanları. Təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir”, - məlumatda qeyd olunub.

“Rosaviasiya” həmçinin Çeboksarı hava limanında da məhbudiyyətlərin tətbiq olunduğunu bildirib.