Konqo Demokratik Respublikasının (KDR) şərqində "Demokratik Qüvvələr Birliyi"nin hücumu nəticəsində azı 25 nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə AP agentliyi yerli insan haqları təşkilatlarına istinadla xəbər verib.
Məlumata görə, İturi əyalətində 15 nəfər bir evdə kilidlənərək diri-diri yandırılıb, yeddi nəfər isə güllələnib. Valeze Vokutu rayonunda daha üç nəfər öldürülüb.
"Demokratik Qüvvələr Birliyi" hələlik hadisədə iştirakı ilə bağlı məlumatı təsdiqləməyib.
"Rosselxoznadzor" Qazaxıstanı günəbaxan ixracını 2027-ci ilədək dayandırmağa çağırıb
İspaniyada gizli Rusiya pasportu olan serjant dövlət sirrinə çıxışdan məhrum edilib