Qazaxıstan Baş naziri Oljas Bektenov və "ExxonMobil" şirkətinin baş vitse-prezidenti Peter Larden "Tengiz" yatağı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin məlumatında bildirilib.
"Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması və belə hadisələrin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi istiqamətində sürətləndirilmiş işin vacibliyi qeyd edilib", - məlumatda vurğulanıb.
Tərəflər, həmçinin Xəzər Boru Kəməri Konsorsiumu ətrafındakı vəziyyəti müzakirə ediblər. Mühüm infrastruktur obyektinin sabit fəaliyyəti ilə bağlı ümumi maraq ifadə edilib.
Qeyd edək ki, yanvarın 18-də GTES-4 elektrik stansiyasında yanğın baş verib və nəticədə "Tengiz" və "Korolevski" neft-qaz yataqlarının elektrik təchizatında problemlər yaranıb.
Daha əvvəl Energetika Nazirliyi hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb.
"Rosselxoznadzor" Qazaxıstanı günəbaxan ixracını 2027-ci ilədək dayandırmağa çağırıb
İspaniyada gizli Rusiya pasportu olan serjant dövlət sirrinə çıxışdan məhrum edilib