Donbasda demilitarizasiya olunmuş və daha sonra azad iqtisadi zona yaradılması Ukraynadakı ərazi münaqişəsinin yeganə mümkün həllidir.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Spectator jurnalında dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, hər iki tərəf Donbasdan çıxacaq, regionu demilitarizasiya olunmuş zona halına gətirəcək və ardınca azad iqtisadi zonaya çevirəcək.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüsdə keçirilən mətbuat konfransında bildirib ki, Ukraynanın Donbasdan qoşunların çıxarılması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasının Rusiya üçün danışıqlarda çox vacib şərt olduğunu açıqlamışdı.
"Axios" portalının məlumatına görə, Əbu-Dabidə keçirilən iki günlük danışıqlar zamanı ABŞ, Rusiya və Ukrayna nümayəndələri Donbas, Zaporojye AES-in statusu və təhlükəsizliyi məsələsini, həmçinin gərginliyi azaltmaq üçün tədbirləri müzakirə ediblər.