Bolqarıstanın Kyustendil şəhərindən Sofiyaya gedən sərnişin qatarı torpaq sürüşməsi nəticəsində relslərə düşən qayalara çırpılaraq relsdən çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası xəbər verib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 17:00 radələrində güclü yağış zamanı torpaq və qaya kütləsi dəmir yolunun üzərinə düşərkən baş verib. Xəsarət alan olmayıb.
Ərazidə təcili yardım briqadaları işləyir. Xəttdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
"Rosselxoznadzor" Qazaxıstanı günəbaxan ixracını 2027-ci ilədək dayandırmağa çağırıb
İspaniyada gizli Rusiya pasportu olan serjant dövlət sirrinə çıxışdan məhrum edilib