01 dekabr 2016 01:32
292

“Qasırğa” stansiyası

“Qasırğa” stansiyası - Onunla dünyanı işıqlandırmaq olar

Yaponiya ixtira etməkdə sərhəd tanımır. Texnologiyanın inkişafına ən böyük töhvəni verən yapon xalqı bu dəfə az qala bütün dünyanı işıqlandırmağa qadir olan  elektrik stransiyası ərsəyə gətirib. Okinavadakı külək turbini ən yüngül qasırğada belə bütün ölkəni illərlə elektriklə təmin edəcək qədər enerji toplayır.

İstehsalçı şirkətin rəhbəri Atsuşi Şimitsu deyir ki, belə bir nəhəng layihəni gerçəkəşdirmək ideyası onlarda 2011-ci ildə baş verən  zəlzələ fəlakətindən sonra yaranıb. Həmin vaxt  yer-yerindən oynamış, ölkənin böyük bir qismini elektrik enerjisi ilə təmin edən Fukusima nüvə reaktorunda qəza baş vermişdi. İstehsal olunan yeni enerji mənbəyi isə təbii fəlakətlərdə belə ölkəni işıqlandırmağa davam edə bilər. Qasırğaya hesablanmış turbinlərin hasil etdiyi enerji ilə Yaponiyanı yarım əsrədək işıqlandırmaq olar. İndi əsas problem həmin enerjini necə qoruyub saxlamaqdan ibarətdir.

Yaponiyada il ərzində azı 6 qasırğa baş verib. Bu qasırğalarda həmin külək turbinlərinin nə qədər enerji hasil etdiyini hesablamaqla qurtarmaz. ÜstəlikŞ, atom eletkrik stansiyalarından fərqli olaraq, bu turbinlər insanların həyatı üçün hər hansı təhlükə törətmir, ekologiyaya hər hansı ziyan vurmur.