01 dekabr 2016 00:54
199

Bu itin etdiklərinə diqqət edin

Türkiyədə “Maylo” adında it internetin yeni fenomeni olub. 

ATV.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədən və dünyanın digər ölkələrindən 26 milyondan çox izləyicisi olan "Maylo" paltar ütüləyərkən, avtomobil təmir edərkən, yemək bişirərkən, ev yığışdırarkən və bu kimi digər işləri görərkən çəkildiyi fotoşəkilləri ilə izləmə rekordu qırdı.

Maylonun 3 il bundan əvvəl bir fermadan satın aldığını söyləyən sahibi Emre Gürsoy itlərin insanlara çox sadiq olduğunu bildirib. "Maylonun" bir çox  əmri anladığını bildirən Gürsoy itinin "İnstaqram" hesabında 26 milyon 300 min izləyicisi olduğunu bildirib:

"Əslində, bu fikir öz hesabımdan "Maylo" ilə əlaqədar paylaşımların daha təsirli olduğunu görəndə ağlıma gəldi. Sadəcə "Maylo"nun olduğu və insanların onunla ünsiyyətə keçdikləri 'iammaylo' adında bir hesab açdım. Çox qısa müddət olmasına baxmayaraq, 26 milyon 300 min izləyicisi oldu.

"Maylo"nun iş görərkən çəkilən fotolarını təqdim edirik.