27 yanvar 2026 23:16
107

ÜST bu virusun yayılma riskini qiymətləndirib

Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda qeydə alınan Nipah virusu ilə bağlı vəziyyəti izləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki rəsmi nümayəndəsi Tarik Jazarеviç bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə infeksiyanın daha geniş yayılma ehtimalı aşağı qiymətləndirilir.

Təşkilatın açıqlamasında qeyd olunub ki, xəstələnmə halları barədə məlumat daxil olan andan etibarən Hindistanın federal və regional səhiyyə qurumları ilə sıx əməkdaşlıq aparılır. Bu çərçivədə ÜST texniki dəstək göstərir və epidemioloji vəziyyəti təhlil edir.

ÜST-nin qiymətləndirməsinə əsasən, Hindistan bu cür yoluxma ocaqlarının effektiv şəkildə qarşısını almaq və onların genişlənməsinin qarşısını almaq üçün kifayət qədər imkan və resurslara malikdir.

Məlumata görə, həyat üçün təhlükəli sayılan Nipah virusunun yayılması Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Bildirilib ki, hazırda beş nəfər yoluxub, təxminən yüz nəfər isə karantinə alınıb. Hazırda xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman preparatları və ya vaksin mövcud deyil.