27 yanvar 2026 16:59
122

Niderlandda şəhər meri dron uçuşunu NİYƏ GİZLƏDİB?

Niderlandın Ommen şəhərinin meri Hans Vromen sakinlərdən ölkənin ən böyük qaz hubu üzərində baş verən dron insidentini gizlədib.

“İki sahil” xəbər verir ki,  "Algemeen Dagblad" qəzetinin məlumatına görə, 2025-ci ilin noyabrının sonunda bu hub üzərində bir neçə pilotsuz uçuş aparatı müşahidə edilib, lakin yerli hakimiyyət hadisəyə şərh verməməyi qərara alıb.

Sakinlər təhlükəsizlik xidmətlərinə və polisi hubun üzərində dronların olduğunu bildiriblər. Hadisə yerinə polis və regionun təhlükəsizlik xidməti gəlib, lakin dronlar tutula və ya vurula bilməyib.

Insidentin açıqlanmaması Hans Vromen tərəfindən qərara alınıb ki, bu da Ommen sakinləri arasında narahatlıq yaradıb. Eyni ayda dronlar Eindhoven hava limanı və Volkel hərbi bazası yaxınlığında da müşahidə olunub. Yerli partiyalardan biri Vromendən soruşub ki, niyə dron hücumu ilə bağlı şərh verməyib; meri bunun məsuliyyətinin polisə aid olduğunu və təhlükəsizlik səbəblərini əsas gətirib.