27 yanvar 2026 18:34
126

Bu şirkət süni intellektə görə işçilərin 15%-ni İXTİSAR EDİR

Populyar multimedia internet xidməti olan Pinterest işçi heyətinin 15%-ə qədərini, yəni təxminən 700 nəfəri ixtisar etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ mediası şirkətin açıqlamasına istinadla yazır.

Pinterest ştatın azaldılmasını biznesin restrukturizasiyası ilə izah edib. Şirkət maliyyə resurslarını daha perspektivli istiqamətlərə, ilk növbədə süni intellektin inkişafına yönəltməyi planlaşdırır.

Qeyd olunur ki, Pinterest-in əsas gəlir mənbəyi reklamdır. Şirkət daha əvvəl də bir çox korporasiyaların reklam xərclərini azaltdığını bildirmişdi. Buna səbəb mənfəət marjasının azalması, ABŞ hakimiyyətinin tətbiq etdiyi tariflərin artması və digər iqtisadi amillərdir.

İxtisarlarla bağlı açıqlamadan sonra Pinterest-in səhmləri təxminən 4% ucuzlaşıb. Son bir il ərzində isə şirkətin səhmlərinin dəyəri ümumilikdə 21% azalıb.