28 yanvar 2026 09:43
151

Qala qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Xəzər rayonu, Qala qəsəbəsində qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.