28 yanvar 2026 10:26
115

Ekspert: 2026-cı ildə bəzi yaradıcı həllərə şahid olacağıq

“Ölkələr arasında münasibətlər inkişaf etdikcə ABŞ ilə Azərbaycan və Ermənistan arasında davamlı etimadın artdığını görəcəyik”.

“İki sahil” xəbər verir ki, bu sözləri açıqlamasında Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold deyib. O, TRIPP layihəsi ilə bağlı imzalanmış çərçivə sənədinin çox böyük əhəmiyyət kəsb etdiyini və bir sıra növbəti addımları müəyyənləşdirdiyini bildirib.

“Son bir neçə ayda region ölkələri arasında gömrük, enerji və qida sahəsində əməkdaşlığın artdığını gördük ki, bu da paytaxtlarda bir-biri ilə əlaqə qurmaq istəyinin artdığını göstərir. TRIPP layihəsi göstərir ki, Vaşinqton uzun müddətdir davam edən bu problem üzərində işləmək və həll yolunu tapmağa kömək etmək üçün davamlı öhdəlik və iştiraka malikdir. Mən 2026-cı ilə çox nikbin baxıram. Düşünürəm ki, biz bəzi yaradıcı həllərə şahid olacağıq”,- deyə ekspert əlavə edib.