Səhər yeməyindən axşam söhbətlərinə qədər günün hər anında içilən çay, ən sevilən vərdişlərindən biridir. Amma hər çay eyni ləzzəti vermir və doğru dəmləmə üsulu çoxlarının maraqlandığı mövzudur. “Çay necə dəmlənməlidir, soyuq su yoxsa qaynar su istifadə olunmalıdır?” sualı hələ də çoxlarını düşündürür.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, çay dəmləyərkən su çayın özündən az önəmli deyil. Təmiz içməli su seçmək, çayın dadına birbaşa təsir edir.

Qaynar su şərtdir
Mütəxəssislər vurğulayır ki, çay mütləq qaynar su ilə dəmlənməlidir. Soyuq və ya ilıq su çay yarpaqlarının aromasını tam açmasına imkan vermir və nəticədə çay solğun və dadsız olur. Suyun qaynama nöqtəsinə çatması isə çay yarpaqlarındakı dad və ətirlərin düzgün açığa çıxmasına şərait yaradır. Şüşə dəmliklər çayın aromasını qorumaqda daha uğurludur. Metal dəmliklər isə çayın dadına mənfi təsir göstərə bilər. Ümumiyyətlə, hər nəfərə 1 çay qaşığı çay tökmək ideal hesab olunur. Çay miqdarı artdıqca, sərtliyi də artır.
Dəmlənmə müddəti
Çayın 10–15 dəqiqə dəmlənməsi optimaldır. Bu müddət çayın nə acılaşmasına, nə də aromasını itirməsinə imkan verir. Dəmlik qapağının bağlı saxlanması həm çayın istiliyini, həm də aromatik keyfiyyətini qoruyur. Çay fincana qoyularkən üzərinə əlavə olunan qaynar su miqdarı ilə çayın sərtliyi tənzimlənir:
Şəkər və ya bal yalnız çay fincana töküldükdən sonra əlavə edilməlidir. Dəmlikdə dadlandırıcı qatmaq çayın təbii aromasını poza bilər.
VK: “Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur