28 yanvar 2026 20:55
151

Bu sayda nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən yanvarın 27-də keçirilən hərracda 22 nəqliyyat vasitəsi satılıb.

“İki sahil” ƏMDX-yə istinadən xəbər verir ki, Dövlət əmlakı üzrə növbəti hərrac 3, 10 və 17 fevral tarixlərində keçiriləcək.

Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.