Tarixində ilk dəfə UEFA Çempionlar Liqasında “pley-off”a vəsiqə qazanan “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.
“İki sahil” xəbər verir ki, püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Azərbaycan çempionu “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Bu o deməkdir ki, “Qarabağ”ın “pley-off”da rəqibi ya 11-ci yeri tutan “PSJ” (Fransa) və ya 12-ci olan “Nyukasl” (İngiltərə) olacaq.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.
Bu mərhələnin görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.