29 yanvar 2026 15:59
101

Patriarx Kirill ictimai yerlərdə söyüşün qadağan edilməsini TƏKLİF EDİR

Moskva və bütün Rusiyanın Patriarxı Kirill ictimai yerlərdə nalayiq və təhqiramiz sözlərin istifadəsinin qanunla qadağan edilməsini təklif edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, Federasiya Şurasında keçirilən Milad Parlament Görüşlərinin plenar iclasında çıxışı zamanı bildirib.

Kirillin sözlərinə görə, bu məsələ cəmiyyət üçün həyati və taleyüklü mövzu kimi qiymətləndirilir. Patriarx qeyd edib ki, onun məqsədi insanları cəzalandırmaq deyil, lakin qanunvericilərin bu vacib məsələyə diqqət yetirməsi zəruridir:  “15 sutkalıq həbs tətbiq etməyi nəzərdə tutmuram, amma qanunvericilər bu çox önəmli və deyərdim, taleyüklü məsələyə diqqət yetirməlidirlər”.