29 yanvar 2026 19:11
81

31 yanvar – 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.

Azərbaycan komandası yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

“İki sahil” xəbər verir ki, idmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Babarəhim Mirzəyev 
Murad Muradlı 
Murad Əliyev
Fərid Qarayev 

-66 kq 
Hüseyn Allahyarov 
Yaşar Nəcəfov 
Tofiq Məmmədov 

-73 kq 
Kamran Süleymanov 
Əbil Yusubov 

-81 kq 
Cəsur İbadlı 
Mehdi Abbasov 

-90 kq
Əli Qazıməmmədov
Zelim Tçkayev 

-100 kq
Davud Namazlı 
Nihad Şıxəlizadə

+100 kq
Ramazan Əhmədov
Camal Feyziyev 

Qadınlar

-48 kq
Şəfəq Həmidova
Diana Tçkayeva

-52 kq
Könül Əliyeva 
Çinarə Sadıqova
Aydan Vəliyeva 
Gültac Məmmədəliyeva 
Leyla Əliyeva 

-57 kq
Ülviyyə Bayramova 

-63 kq 
Fidan Əlizadə 
Nərgiz Hacıyeva

-70 kq 
Aytac Qardaşxanlı 
Südabə Ağayeva 

-78 kq 
Nərmin Əmirli

+78 kq
Madina Kaisinova 

İdmançılarımıza uğurlar arzulayırıq!