Rusiyanın "Zenit" klubu Mərakeş millisinin futbolçusu Yussef En-Nesirini almaq üçün Türkiyənin "Fənərbağça" klubuna təklif göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul klubu hələlik təklifə cavab verməyib.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2024-cü ildən "Fənərbağça"da çıxış edir. O, cari mövsüm 25 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Afrikalı oyunçunun klubla 2029-cu ilin yayınadək müqaviləsi var.
31 yanvar – 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.
Kevin Medina bir göstəriciyə görə UEFA Çempionlar Liqasında ilk üçlükdə yer alıb