Fransanın PSJ klubunun hücumçusu Xviça Kvaratsxeliya zədə səbəbindən təxminən 20 gün yaşıl meydanlardan kənarda qalacaq.
“İki sahil” "RMC Sport" nəşrinə istinadla xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının VIII turunda İngiltərənin "Nyukasl" klubuna qarşı keçirilən oyunda (1:1) topuq nahiyəsindən zədə alıb.

22-ci dəqiqədən etibarən Kvaratsxeliya qarşılaşmanı davam etdirə bilməyib.
Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la bərabər "Qarabağ"ın potensial rəqibləridirlər. Ağdam təmsilçisinin 1/8 final mərhələsinə gedən yoldakı rəqibi sabah müəyyənləşəcək.
31 yanvar – 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.
Kevin Medina bir göstəriciyə görə UEFA Çempionlar Liqasında ilk üçlükdə yer alıb