29 yanvar 2026 21:35
110

ABŞ Venesuela üzərindən uçuşları bərpa edir

ABŞ Prezidenti Donald Tramp administrasiyasına Venesuela üzərindən bütün kommersiya uçuşlarını bərpa etməyi tapşırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp kabinet görüşündə deyib.

Dövlət başçısı bildirib ki, uçuşların bərpası günün sonuna nəzərdə tutulub.

"Mən indicə Venesuela prezidenti ilə danışdım və ona Venesuela üzərindən bütün kommersiya hava uçuşlarımızı bərpa edəcəyimizi bildirdim. ABŞ vətəndaşları çox qısa müddətdə Venesuelaya gedə biləcək və orada təhlükəsiz olacaqlar”,- deyə Tramp qeyd edib.