"Ərəb və İslam ölkələri öz təhlükəsizlik arxitekturasını yaratmalı və öz aralarında mütləq etimad mühiti yaratmalıdırlar".
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.
"Bəli, ölkələrimiz buna ehtiyac duyur. Öz aramızda fundamental və mütləq etimad yaratmalıyıq və çəkindirmə ikinci yerdə olacaq. Bölgəmizdəki problem millət-dövlətlər arasında etimadın olmamasıdır. Beləliklə, millətlər arasında etimadı gücləndirə bilsək, bu, heç bir ölkənin dominantlığı olmadan sabitliyin və sülhün təmin olunmasına kömək edəcək.
Baxın, Avropa Birliyi öz icmasını sıfırdan necə qura bilib. Niyə biz də eyni şeyi edə bilmirik?. Yeni bir düşərgə yaratmaq məqsədimiz yoxdur. Biz regional həmrəylik platforması yaratmaq istəyirik. İki və ya üç ölkə ilə başlaya bilərik, amma zaman keçdikcə bu, regiondakı əksər ölkələri əhatə edən hərtərəfli bir şeyə çevrilərsə, bu, ideal olardı", - deyə xarici işlər naziri qeyd edib.
Fidan hesab edir ki, regional həmrəylik olmadığı təqdirdə hegemona həmişə ehtiyac olacaq: "Hegemon (dövlətlər nəzərdə tutur) problemlərinizi həll etmək üçün yanınıza gəlir, amma gedəndə daha pis bir miras qoyur. İkincisi, hegemon ödəniş tələb edir. Biz bunu ABŞ və bölgədəki digər hegemonlarla görmüşük. Buna görə də öz problemlərimizi müstəqil şəkildə həll edə bilməliyik. Bu, müəyyən dərəcədə həmrəylik və institusionallaşma tələb edir".
Hazırda bir neçə ölkə regionda tammiqyaslı müharibənin qarşısını almağa çalışır - Əraqçi
Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb