30 yanvar 2026 21:06
147

Türkiyənin hərbi gəmiləri Baltik dənizində fəaliyyətə başlayıb

"Anadolu" Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməliyyat qrupu "Steadfast Dart2026" təlimi çərçivəsində Baltik dənizində fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" hesabında məlumat yayılıb.

"Gəmilərin fəaliyyəti Türkiyənin kollektiv müdafiə və çəkindirməyə bağlı olduğunun təsdiqidir" , - paylaşımda qeyd olunub.

Məlumat üçün bildirək ki, "Steadfast Dart2026" NATO-nun 2026-cı ilin yanvar-mart aylarında keçirməyi planlaşdırdığı və başladığı genişmiqyaslı təlimdir. Əsas məqsəd NATO-nun Avropadakı üzvlərinin istənilən təhdidə çevik reaksiyasına hazırlıqdır. 10 min hərbçinin qatıldığı təlim Türkiyə, Almaniya, İtaliya və İspaniya üzərində fokuslanıb.