Bir müddətdir xəstəxanada müalicə alan Türkiyəli sənətçi Fatih Ürek dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 15-də evində infarkt keçirən 59 yaşlı müğənninin ürəyi 20 dəqiqə dayanmışdı. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olmuşdu.