31 yanvar 2026 09:58
111

Avrokuboklar tarixində yeni rekord

Avrokubokların 2025/2026 mövsümündə unikal hadisə qeydə alınacaq. 

“İki sahil” xəbər verir ki, bu haqda “Opta” məlumat yayıb.

Belə ki, Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” klubları eyni mövsümdə 5-ci dəfə üz-üzə gələcəklər.

Bu göstərici avrokuboklar tarixində rekorddur. İndiyədək heç bir klub bir mövsüm ərzində eyni rəqiblə 5 dəfə qarşılaşmayıb.

Xatırladaq ki, “Ludoqorets” və “Ferentsvaroş” Avropa Liqasının pley-off mərhələsində 2 oyun keçirəcəklər. Bundan əvvəl komandalar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəliblər (0:0, 0:3). Həmin mərhələdə “Ferentsvaroş” üstün olub.

Lakin Macarıstan təmsilçisi pley-offda (şərti olaraq 4-cü təsnifat mərhələsi) “Qarabağ”a məğlub olaraq Avropa Liqasına düşüb. Daha sonra Avropa Liqasının Liqa  mərhələsinin 4-cü turunda “Ferentsvaroş” yenidən “Ludoqorets”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu komandalar arasında keçiriləcək oyunlar 19 və 26 fevral tarixlərinə təsadüf edəcək.