31 yanvar 2026 11:06
107

Zaxarova: ABŞ-ın Rusiyanı düşmən dövlət kimi təyin etməsi dialoqun sabitləşməsinə mane olur

ABŞ-ın Rusiyanı düşmən dövlət kimi təyin etməsi dialoqun sabitləşməsinə və Vaşinqtonun böhranların həlli üçün vasitəçilik səylərinə töhfə vermir.

İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

29 yanvarda ABŞ Kuba rəhbərliyinin siyasəti və hərəkətləri ilə bağlı fövqəladə vəziyyət elan edən bir sərəncam imzalayıb.

"Yeni Kuba əleyhinə sənəddə Rusiyanı Havananın bir neçə digər bərabərhüquqlu xarici tərəfdaşı ilə birlikdə "düşmən" və "pis niyyətli" dövlət kimi təsnif etməsi təəccüblüdür. Bu etiketləmə Rusiya-Amerika dialoqunu sabitləşdirmək və ya Vaşinqtonun dünyanın müxtəlif bölgələrindəki böhranların həlli üçün vacib vasitəçilik səylərinin effektivliyini artırmaq üçün heç bir işə yaramır." - Zaxarova bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”