Oman Sultanlığında səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli paytaxt Maskatda fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii rəhbəri Umberto Fanni ilə görüşüb.
“İki sahil” xəbər verir ki, nazir Azərbaycanda peşəkar teatr və opera sənəti haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını bildirib.
Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir: Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram
Mədəniyyət naziri: ICESCO ilə əlaqələrin inkişaf etdirilməsi ölkəmiz üçün xüsusi önəm daşıyır