Yaponiyanın 10 böyük şəhərində son 10 ildə əhalinin ciddi surətdə azaldığı nəzərə çarpır.
“İki sahil” xəbər verir ki, bu dinamika həmin şəhərlərdə doğum nisbətinin azalması ilə əlaqədardır. Ən kəskin göstərici ölkənin cənub-qərbində yerləşən Kitakyuşuda qeydə alınıb: şəhərin sakinləri son 10 ildə 6,5% azalaraq 910 min nəfərə düşüb. Siyahıda ikinci yeri isə Şizuoka şəhəri tutur: burada əhalinin 6% azalaraq 670 mində qərarlaşıb:
Yaponiyanın "The Mainichi Shimbun" qəzeti yazıb ki, Yaponiyada 2050-ci ilədək əhalinin seyrəldiyi böyük şəhərlərin sayı 18-ə çatacaq. Şəhər rəhbərlikləri bu tendensiyanın qarşısını almaq məqsədilə ətraf ərazilərdən müxtəlif vədlərlə gənc əhali yığmağa çalışır. Yalnız Fukuoka və Kavasakinin öz əhalisini qoruyub saxlayacağı gözlənilir:
"Orta və kiçik şəhərlərdəki vəziyyət daha da acınacaqlıdır. 2015-ci ildən bəri 62 belə şəhərdən 52-sində (84%) əhalinin sürətlə azalır".