02 fevral 2026 10:28
126

Meksika Kubaya humanitar yardım göndərəcək

Meksika bu həftə Kubaya göndəriləcək humanitar yardım çərçivəsində ərzaq məhsulları da təmin edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə Prezidenti Klaudiya Şeinbaum məlumat verib.

Şeinbaum Kuba xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Eyni zamanda o, xarici işlər nazirinə humanitar məqsədlə Kubaya neft ixracının mümkün sanksiyalara səbəb olub-olmayacağını araşdırmağı tapşırıb.