03 fevral 2026 00:34
99

Azərbaycanda professor vəfat etdi

Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (Məsud Dövran) 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışıb. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir.

Oxu.Az