Amerikanın kəşfiyyat dronu Qara dənizin cənub hissəsi üzərində uçub.
“İki sahil” xəbər verir ki, bunu "Flightradar" izləmə xidmətinin məlumatları göstərir.
Məlumata görə, "Northrop Grumman RQ-4B Global Hawk" dronu İtaliyadakı Siqonella aviabazasından havaya qalxıb.
Bakı vaxtı ilə səhər saat 7:30-a olan məlumata əsasən, dron Türkiyə sahilləri yaxınlığında və Qara dənizin neytral sularında dairəvi manevrlər həyata keçirib.