ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya ilə görüşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, görüş bu gün saat 11:30-da (Bakı vaxtı ilə 20:30) Dövlət Departamentində keçiriləcək.