Tehran və Vaşinqton arasında danışıqlar İranın milli maraqları çərçivəsində aparılmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin (Donald Tramp - red.) danışıqlar təklifinə cavab vermək xahişi fonunda mən xarici işlər nazirinə (Abbas Əraqçi - red.) uyğun şərait olduğu təqdirdə təhdidlər və əsassız gözləntilər olmadan ədalətli və bərabərhüquqlu danışıqlar aparmağı tapşırdım", - o qeyd edib.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İran XİN başçısı Abbas Əraqçinin fevralın 6-sı İstanbulda mümkün nüvə razılaşmasını müzakirə etmək üçün görüşəcəkləri barədə məlumat yayılmışdı.