03 fevral 2026 11:41
106

İsrail HDQ İranla gərginlik fonunda ABŞ esminesi ilə birgə təlim keçirib

İsrail Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir esmines bazar günü Eylat limanında Qırmızı dənizdə İsrail və ABŞ arasında davam edən əməkdaşlıq çərçivəsində birgə təlim keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı bəyanatda qeyd edilib.

“Bu limana esminesin gəlişi iki donanma və müvafiq hərbi strukturlar arasında sıx əməkdaşlığı vurğulayır”, - deyə İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilib.

USS “Delbert D. Black” adlı esmines cümə günü Eylat limanına yan alıb. İsrail Müdafiə Qüvvələri həmin vaxt esminesin gəlişinin ABŞ tərəfindən İrana mümkün hücumla bağlı dolaşan şayiələrə baxmayaraq, əvvəlcədən planlaşdırılmış adi səfər olduğunu iddia edib.