03 fevral 2026 16:41
151

"Qarabağ"ın rəqibi kapitanı ilə yollarını ayırdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" kapitanı ilə yolları ayırıb.

“İki sahil” xəbər verir ki,  Premyer Liqa təmsilçisinin müdafiəçisi Camal Lassells "Lester"ə keçib.

"Nyukasl" Camal Lassellsi 2014-cü ilin yayında "Nottingem Forest"dən transfer etmişdi. 32 yaşlı futbolçu "sağsağanlar"ın heyətində meydana çıxdığı 253 rəsmi matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukas"la ilk oyunu fevralın 18-də Bakıda, cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə olacaq.