Yunanıstan hökuməti 15 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasını elan etməyə çox yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə Reuters agentliyi hökumətdəki yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, təşəbbüs uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə yönəlib və yaxın vaxtlarda rəsmi şəkildə açıqlana bilər. Qadağanın tətbiqi üçün yaşın yoxlanılması mexanizmlərinin də nəzərdən keçirildiyi bildirilir.
Bu gün İspaniyanın baş naziri Pedro Sançes ölkə hakimiyyətinin rəqəmsal mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər paketi hazırladığını açıqlayıb. Həmin paketə 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağan edilməsi də daxildir. Gələn həftə İspaniyada istifadəçilərin yaşının yoxlanılmasını nəzərdə tutan qanun layihəsinin təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadə qadağası qüvvəyə minib. Avstraliya bu cür tədbiri həyata keçirən dünyada ilk ölkə olub. Fransa hakimiyyəti də 15 yaşına çatmayan vətəndaşlar üçün oxşar qadağanın tətbiqini planlaşdırır. Böyük Britaniyada isə 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması məsələsi müzakirə olunur.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında WUF13-ə həsr olunmuş tədbirlər keçirilib