Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Güləş Federasiyası yeniyetmələr və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə tanınmış, titullu güləşçilərin imza günlərini təşkil edir. Yarış boyunca davam edəcək bu tədbirin ilk qonağı olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov olub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti imzaladığı şəkilləri azyaşlı güləşçilərə və azarkeşlərə paylayıb, həmçinin onlarla öz təcrübəsini bölüşüb.
Qeyd edək ki, imza günləri çərçivəsində Rafiq Hüseynov (4 fevral), Namiq Abdullayev (6 fevral), Hacı Əliyev (7 fevral), Mariya Stadnik (8 fevral) və Rəsul Çunayev (9 fevral) də tədbirin iştirakçısı olacaq.