03 fevral 2026 20:48
134

Mirzoyan Bakı ilə İrəvan arasında sülh gündəliyini Avropa Şurasının rəsmisi ilə müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti arasında görüş zamanı İrəvan və Bakı arasında sülh gündəliyi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün davamlı möhkəmləndirilməsinə yönəlmiş səylərə, eləcə də humanitar məsələlərə toxunublar.

A.Mirzoyan Ermənistanın iddialı demokratik islahatlar proqramının həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıb. Tərəflər həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.