Amerikalı milyarder İlon Mask Tacikistanda “Starlink” peyk rabitəsi sistemini işə salıb.
“İki sahil” xəbər verir ki, bu barədə “SpaceX”in sahibi öz rəsmi “X” səhifəsində paylaşım edib.
““Starlink” artıq Tacikistanda əlçatandır”, -deyə o yazıb.
Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkətinin layihəsidir və məqsədi Yer ətrafında minlərlə peyk yerləşdirərək bütün dünyaya sürətli internet verməkdir.
Xüsusilə ucqar kəndlərdə, dağlıq ərazilərdə və internetin zəif olduğu yerlərdə əlaqəni yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bununla da kabel və ya mobil şəbəkə olmayan yerlərdə internetdən istifadə mümkün olur.
Antonio Quterreş nüvə silahları ilə bağlı təhlükənin artması barədə xəbərdarlıq edib
Ermənistanın ABŞ-dəki səfiri Rubionun dəvəti ilə keçirilən konfransda iştirak edib