05 fevral 2026 10:37
121

Ermənistanın ABŞ-dəki səfiri Rubionun dəvəti ilə keçirilən konfransda iştirak edib

Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan fevralın 4-də ABŞ Dövlət Departamentində dövlət katibi Marko Rubionun dəvəti ilə keçirilən “Nadir faydalı qazıntılar” mövzusunda nazirlər səviyyəsində konfransda iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Məlumata görə, konfransda ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının qlobal tədarük zəncirləri üzrə baş direktoru Devid Kopli çıxış ediblər.

Bildirilib ki, tədbirdə nadir faydalı qazıntıların tədarük zəncirlərinin şaxələndirilməsi və sabitləşdirilməsi istiqamətində əməkdaşlıq etmək öhdəliyi götürmüş 50-dən çox ölkənin nümayəndəsi iştirak edib.