Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə (BƏƏ) danışıqlarda 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.
“İki sahil” Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.
Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanması üçün hələ xeyli səy tələb olunacaq, lakin dialoq nəticə verir.
O qeyd edib ki, yaxın həftələrdə Rusiya və Ukrayna danışıqlarında irəliləyiş gözlənilir.