05 fevral 2026 15:41
104

Bitkoinin dəyəri 70 min dollardan aşağı düşüb

Fevralın 5-də bitkoinin dəyəri 70 min ABŞ dollarından aşağı enib. Bu, kriptovalyutanın 2024-cü il noyabrın 6-dan bəri ilk dəfə bu həddən aşağı düşməsi deməkdir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, məlumat ticarət platformalarının göstəricilərinə əsaslanır.

Qeyd olunur ki, bazarda müşahidə edilən azalma kriptovalyuta sektorunda ümumi geriləmə fonunda baş verir. Daha əvvəl iqtisadçı Aleksandr Şneyderman “İzvestiya” qəzetinə açıqlamasında kriptovalyuta bazarındakı enişin ABŞ-da şirkət səhmlərinin satışları ilə əlaqəli ola biləcəyini bildirib.