"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabenanın yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, qanalı hücumçu yenidən Türkiyədə oynayacaq.
28 yaşlı oyunçu "Sakaryaspor"a keçib. Bu barədə birinci liqa klubunun mətbuat xidməti məlumat yayıb. Kvabena ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, İsrailin "Makkabi Bney" klubundan transfer edilib.
Qeyd edək ki, O.Kvabena 2020-2023-cü illərdə "Qarabağ"da çıxış edib.
Rassellin qələbəsi yarışlar tarixində ən yaxın finişlərin top-10-luğuna daxil edilib
Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...